Kanto regionu
From Wikipedia, the free encyclopedia
Kanto regionu (関東地方, Kantō-çihō?, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava.