Kovsər surəsi
From Wikipedia, the free encyclopedia
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir:
Cəld faktlar 108-ci surə —, Adı ...
108-ci surə — Kovsər surəsi | |
---|---|
Adı | |
Ərəbcə adı | سورة الكوثر |
Adının mənası | Bolluq |
Quranda yeri | |
Nömrəsi | 108 |
Statistika | |
Ayələrin sayı | 3 |
Kovsər surəsi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar | |
Quran Akademiyasında tərcüməsi |
Bağla
Bismillahir-rəhmanir-rəhim
1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!
2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adın çəkildikdə sənə həmişə salavat deyiləcəkdir!)