Kraşennikov adası
From Wikipedia, the free encyclopedia
Kraşennikov adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan Avaçi körfəzində, Nalıçev burnundan şimal-qərbdə, Şipunski yarımadasından qərbdə, Ostrov çayının mənsəbindən cənubda yerləşir. Ada 1831-ci ildə donanma şturmanları korpusunun kapitanı Pyotr İlinin tərəfindən Kamçatka araşdırmaçılarından biri olan Stepan Kraşennikovun (1796–1842) şərəfinə adlandırılmışdır[1][2]. İnzibati baxımından Kamçatka diyarı Elizovski rayonu ərazisinə daxildir. Zəngin su quşları koloniyalarına malik olduğundan ərazisi "Nalıçev" təbiət parkı ərazisinə daxildir. Maksimal hündürlüyü dəniz səviyyəsindən 211 metrdir.
Cəld faktlar Ümumi məlumatlar, Hündür nöqtəsi ...
Kraşennikov adası | |
---|---|
rus. Остров Крашенинникова | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 211 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
53°13′00″ şm. e. 159°32′00″ ş. u. | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
Bağla