Kurş dili
From Wikipedia, the free encyclopedia
Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır.
Kurş dili | |
---|---|
lit. Kuršių nerija rus. Куршская коса | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
55°16′28″ şm. e. 20°58′15″ ş. u. | |
Akvatoriya | Baltik dənizi |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır.
Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir.
2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur.
Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur. Burada səhralara xas olan dyunlardan tutmuş, tundra zonasına xas olan bataqlıqlara belə rast gəlmək olur. Burada olan dyunların eni 0,3–1 km km arasında dəyişir. Üstəlik dünyada sahilə yaxın ərazidə ən hündür dyun məhs burada yerləşir. Onun hündürlüyü 67,2 metrdir (Vetsekuqs). İl ərzində yaz və payız ayları bura 10–20 min quş pənah gətirir.
Dil əsasən qumdan təşkil olunmuşdur. Üzəri bir necə sm olan ot bitkisi ilə örtülüdür.
İqlimi mülayimdir. Bu səbəbdən burada insanlar maydan noyabra qədər istirahət edirlər.
Dilin Klaypeda şəhəri yaxınlığında boğaz yerləşir. Bu boğa vastəsi ilə Kurş körfəzi ilə Baltik dənizi birləşir. Burada bərələr fəaliyyət göstərir. Rusiyaya məxsus ərazidə Kurş dili Milli Parkı yerləşir[1]