Loytaş kanyonu
From Wikipedia, the free encyclopedia
Loytaş (alm. Leutaschklamm) ― Almaniyanın Bavariya vilayəti və Avstriyanın Tirol torpağının sərhəddi boyunca axan Loytaşer-Açe çayı üzərində kanyon. Ümumi uzunluğu 1 650 metr olan Loytaş şərqi Alp dağlarındakı ən uzun kanyondur.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Loytaş kanyonu | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
47°25′41″ şm. e. 11°14′47″ ş. u. | |
ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Kanyon olduqca dik divarlara sahibdir və 2006-cı ilə qədər turistlərə açılmamışdır. Kanyonun turizm üçün uyğun hala gətirilməsi üçün Aİ-nın da dəstəklədiyi, 1,4 milyon avro dəyərində Avstriya-Alman layihəsi həyata keçirilmiş və ərazidə 970 metr məsafədə polad keçidlər və körpülər inşa edilmişdir. Loştaş 24 may 2006-cı ildə turizm üçün açılmışdır.