Mərkəzi Balkan Milli Parkı
From Wikipedia, the free encyclopedia
Mərkəzi Balkan Milli Parkı (bolq. Национален парк Централен Балкан) — Bolqarıstanın mərkəzində, Balkan dağları ərazisində mövcud olan qoruq zonası. Qoruq ərazisinin hündürlüyü 550 metrdən (Karlova şəhəri) 2376 metrə (Botev dağı) qədər dəyişir. Bu zirvə həmdə Balkan dağlarının ən hündür nöqtəsidir. Əsası 31 oktyabr 1991-ci ildə qoyulmuşdur. Sahəsinə görə ölkənin üçüncü böyük qoruğdur: 716,69 км² , uzunluğu — 85 км (qərbdən şərqə), orta eni 10 км. Qoruq beş vilayətin ərazisində yerləşir:Loveçski, Qabrovski, Sofia, Plovdivskiy və Starozaqorski. Park ərazisinə doqquz qoruq daxildir: Batin,Sariçina, Kozya-Stena, Steneto, Severen-Cendem, Peeşti-Skali, Sokolna, Cendema və Stara-Reka
Mərkəzi Balkan Milli Parkı | |
---|---|
bolq. Национален парк Централен Балкан | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 71,6 min. hektar |
Yaradılma tarixi | 1991 |
Yerləşməsi | |
42°46′16″ şm. e. 24°29′43″ ş. u. | |
Ölkə | Bolqarıstan |
Yerləşməsi | Balkan dağları |
visitcentralbalkan.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Balkan — Avropanın ən böyük və dəyərli milli parklardan biridir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi parkı II kateqoriya ilə qiymətləndirib. Milli park və 8 qoruq BMT-nin xüsusi qorunan ərazilər siyahısına daxildir. Dörd qoruq həmçinin UNESCO-nun Beynəlxalq elmi tədqiqat «insan və biosfera» proqramına daxil edilib. Milli park PAN Parks fondunun üzvüdr.[1]