M46 Patton
From Wikipedia, the free encyclopedia
M46 Patton orta tankı ABŞ tərəfindən hazırlanmış Patton seriyasındakı tankların birinci nümayəndəsidir. Tank George S. Pattonun adını daşıyan ilk tank olaraq, həmçinin general adı daşıyan ilk tank da olmuşdur. George S. Patton, İkinci Dünya müharibəsi əsnasında xidmət edən üçüncü ordunun komandiri və tankların döyüşlərdə aktiv şəkildə istifadə edilməsinin müdafiəçisidir. M46 Patton, M26 Pershing tankının inkişaf etdirilmiş versiyası və ABŞ Silahlı Qüvvələrinin 1949 və 1950 modelləri ilə Soyuq müharibə dövründə istifadə etdiyi əsas döyüş tankı olmuşdur. 30 iyul 1948-ci ildə M46 tankının adı George S. Patton Jr. şərəfinə Patton olaraq təyin edilmişdir. Bu tank yalnız Soyuq müharibə dövründə müttəfiq bir qüvvə olan Belçikaya verilmiş və yeni hazırlanan M47 Patton tankı üçün təlim məqsədləri üçün az miqdarda ixrac edilmişdir. M46 tankı M26 Pershing və M4 Sherman tanklarını əvəz etmək üçün hazırlanmışdır. Sürətlər qutusu General Motors CD-850-3 və ya -4, 2 irəli, 1 geri, asqı sistemi burulma çubuğudur. Tankın yanacaq tutumu 878 litr (232 qalon), maksimum hərəkət mənzili isə 130 km (80 mph) olmuşdur.
M46 Patton | |
---|---|
Tipi | Orta sinifli tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1950 |
İstismara başlanması | 1950 |
İstifadə edilən döyüşlər | Koreya müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | Detroit Arsenal Tank Müəssisəsi |
İstehsal sayı | 800 + 360 M46A1 |
Variantları | M46A1 |
Xüsusiyyətləri | |
Ağırlığı | 48.5 ton (boş halda 46 ton) |
Zireh | 102 mm |
Mühərrik | Continental AVDS-1790-5A V12 , hava soyutmalı Twin-turbo benzinli motor |
Sürət | 48 km/saat (30 mph) |
Güc nisbəti | 18.4 a.g./t |
Mühərrik gücü | 810 at gücü (604 kW) |
Əsas silah | 90 mm-lik M3A1 tank topu (70 mərmi) |
Köməkçi silah | 1 ədəd 12.7 mm-lik M2 Browning ağır pulemyotu, 2 ədəd .30 cal (7,62 mm-lik) M1919A4 pulemyotu |
Uzunluğu | 8.48 m |
Eni | 3.51 m |
Hündürlüyü | 3.18 m |
Ekipaj | 5 (tank komandiri, nişançı, doldurucu, sürücü, köməkçi sürücü) |
Vikianbarda əlaqəli mediafayllar |