Mançester Şəhər Mərkəzi
From Wikipedia, the free encyclopedia
Mançester şəhər mərkəzi — İngiltərənin Mançester şəhərinin mərkəzi biznes bölgəsi. Vitvorz küçəsinində yerləşir.[1][2] 2011-ci ilin siyahıyaalınmasına əsasən Şəhər Mərkəzinin 17681 əhalisi var.[3] 1853-cü ildə Sənaye inqilabından sonra Mançester şəhər statusu aldı. Bu zaman şəhər mərkəzi pambıq ticarətinin qlobal mərkəzinə çevrildi, beləcə bu hadisə Viktoriyan dövründə şəhərin "dəbdəbəli ticarət memarlığı"-nın formalaşmasına səbəb olaraq[4] Royal Exchange, Corn Exchange, Free Trade Hall və Great Northern Warehouse kimi binaların inşasına gəbirin çıxardı.[5] Pambıq ticarətinin azalmasından və Mançester Blitzdən sonra şəhər mərkəzi 20-ci əsrin ortalarında iqtisadi tənəzzül dövrünü yaşadı,[6] lakin şəhər mərkəzində yerləşən MDB-nin binası 1962-ci ildə inşası tamamlandıqdan sonra Böyük Britaniyada ən yüksək bina seçildi.[7]
Şəhər mərkəzi Böyük Mançesterin nəqliyyat qovşağı kimi fəaliyyət göstərir və bir saat ərzində 7 milyondan çox insan ondan istifadə edir. 1996-cı ildə Mançesterin bombalanması şəhər mərkəzinin yenidən qurulmasına[8] və pərakəndə satış, əyləncə mərkəzlərinin, ofislərin və şəhər həyatının yüksəlməsinə təkan verdi.[9][10][11] Şəhər mərkəzinin iqtisadiyyatı əsasən pərakəndə satış və xidmətlərin üzərində qurulmuşdur, hesablamalara əsasən təxminən A Klas binaların 40 %-i Londondan kənarda qurulmuşdur.[12][13]