Marvel Kinematoqrafiya Kainatı filmlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır.[1][2] Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir.[3][4][5] 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir.[6]
Marvel Kinematoqrafiya Kainatı filmləri | |
---|---|
Marvel Cinematic Universe films | |
Janr | döyüş filmi |
Prodüserlər |
|
Baş rolda | Marvel Kinematoqrafiya Kainatı aktyorları |
İstehsalçılar |
|
Distribütorlar |
|
İlk baxış tarixi | 2008-indi |
Müddət | 3000+ dəqiqə |
Büdcə |
Ümumi (27 film): $5,223 - 5,332 milyard |
Gəlir |
Ümumi (27 film): |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Rəng | rəngli |
Vikianbarda əlaqəli mediafayllar |
Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər. Filmlərin ssenaristləri və rejissorları müxtəlif şəxslər olur. Filmlər əsasən geniş aktyor heyətinə sahibdir: Robert Dauni, Kris Evans, Mark Ruffalo, Kris Hemsvort, Skarlet Yohansson və Ceremi Renner də daxil olmaqla bir çox aktyor və aktrisa seriyada yer almaq üçün uzun müddətli müqavilələr imzalamışdır.[7][8][9][10][11]
Marvel Studios filmlərini "Dönəm" adlı qruplar formasında yayımlayır.[12][13] Seriyadakı ilk dönəmin ilk filmi Paramount Pictures-in distribütori olduğu Dəmir adam-dır (2008). Paramount həmçinin Dəmir adam 2 (2010), Tor (2011) və Kapitan Amerika: Birinci qisasçı (2011); Universal Pictures isə İnanılmaz Halk (2011) filminə distribütorlik etmişdir. The Walt Disney Studios Motion Pictures filmlərə distribütorlik etməyə Qisasçılar (2012) ilə başlamışdır. Bununla da birinci dönəm bitmişdir.[13] İkinci dönəm; Dəmir adam 3 (2013), Tor: Qaranlıq dünya (2013), Kapitan Amerika: Qış əsgəri (2014), Qalaktika mühafizəçiləri (2014), Qisasçılar: Altron dövrü (2015) və Qarışqa-adam filmindən (2015) ibarətdir.[13]
Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) üçüncü dönəmin ilk filmidir. Dönəmi Doktor Strenc (2016), Qalaktika mühafizəçiləri 2 (2017), Hörümçək-adam: Evə qayıdış (2017), Tor: Raqnarok (2017), Qara pantera (2018), Qisasçılar: Sonsuzluq savaşı (2018), Qarışqa-adam və Eşşək arısı (2018), Kapitan Marvel (2019), Qisasçılar: Final (2019) və Hörümçək-adam: Evdən uzaqda (2019) filmləri davam etdirir. İlk üç dönəm ümumilikdə "The Infinity Saga" olaraq tanınır. Hörümçək-adam filmlərinin müəllif hüquqları, maliyyəsi və distribütorliyi Sony Pictures-ə aiddir.[14]
Dördüncü dönəmin filmlərinin Qara dul (2021), Şanq-Çi və on üzük əfasənəsi (2021), Əbədilər (2021), Hörümçək-adam: Evə yol yoxdur (2021), Doktor Strenc: Dəlilik multikainatında (2022), Tor: Sevgi və İldırım (2022), Qara pantera: Əbədi Vakanda (2022), Marvellər (2023), Qarışqa-adam və Eşşək arısı: Quantumania (2023), Qalaktika mühafizəçiləri 3 (2023) və İnanılmaz Dörtlük filmləri olacağı açıqlanmışdır.[15][16] Bu dönəmdə kinoteatr filmlərindən əlavə Disney+ üçün hazırlanacaq on iki televiziya serialı və bir xüsusi televiziya proqramı mövcuddur.[17][18] Əlavə olaraq 2023-cü il üçün daha iki film hazırlanma mərhələsindədir.[19][20]