Materiklərin dreyfi nəzəriyyəsi
From Wikipedia, the free encyclopedia
Materiklərin dreyfi nəzəriyyəsi 1912-ci ildə alman coğrafiyaşünası Alfred Vegener tərəfindən irəli sürülmüşdür.
Bu fikrə ilk gələn Vegener olmamışdır. Afrika və Cənubi Amerika sahillərinin konturlarının üst-üstə düşməsi 1620-ci illərdə Frensis Bekon tərəfindən qeyd edilmişdi. Materiklərin hərəkəti ideyası 1668-ci ildə fransız ilahiyyatçısı Franko Plake tərəfindən irəli sürülmüşdür. Alman ilahiyyatçısı Teodor Liliental 1756-cı ildə Afrika və Cənubi Amerika sahillərinin bir-birinə tam uyğun olduğunu irəli sürərkən Bekondan da irəli getmişdir. Parisdə yaşayan amerikalı Antonio Snayder 1858-ci ildə Yerin soyuduqca qeyri-bərabər sıxıldığını və bu səbəbdən səthdəki materialın parçalandığını irəli sürmüşdür. O, həmçinin iki qitə üçün ümumi olan dağ süxurları və fosilləri təqdim etmişdi .