Matra elektrik stansiyası
From Wikipedia, the free encyclopedia
Matra elektrik stansiyası (mac. Mátrai Erőmű Zrt.) ― RWE-yə məxsus boz kömür üzərində işləyən elektrik stansiyası. O, Macarıstanın Matra şəhərinin dağları vadisində yerləşir.[2] Onun quraşdırılmış gücü genişləndirilə bilən 950 meqavatta bərabərdir. Bura böyüklüyünə görə Pakş AES-dən sonra Macarıstanın ikinci ən böyük stansiyasıdır, ölkənin elektrik enerjisinin təxminən 15%-ni təmin edir. İstehsal idxal olunan yanacaqlardan deyil, yerli mənbələrdən tam təmin olunduğundan milli enerji sektorunun vacib sütunu sayılır. 2012-ci ildə Matra təxminən 8.4 milyon ton boz kömür istehsal etdi.[3]
Cəld faktlar Ümumi məlumatlar, Sahibi ...
Matra elektrik stansiyası | |
---|---|
mac. Mátrai Erőmű Zrt. | |
Ümumi məlumatlar | |
Sahibi | MVM Group |
Status | fəaliyyətdədir |
Tikilmə tarixi | 1965 |
İstismara verilib | 1969 |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 950 MVt[1] |
Avadanlıq xüsusiyyətləri | |
Əsas yanacaq | boz kömür |
Ehtiyat yanacaq | təbii qaz |
Digər məlumatlar | |
Sayt | mert.hu |
Yerləşməsi | |
47°47′25″ şm. e. 20°03′45″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
203 metr hündürlüyündə olan baca Macarıstanda 8-ci ən hündür tikilidir.