Milli Basketbol Assosiasiyası
From Wikipedia, the free encyclopedia
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |