Montrö boğazlar konvensiyası
beynəlxalq konfrans / From Wikipedia, the free encyclopedia
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası[1] — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür.[2]
Montrö boğazlar konvensiyası | |
---|---|
İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası | |
İmzalanma tarixi | 20 iyul 1936-cı il |
İmzalanma yeri | Montrö, İsveçrə |
Qüvvəyə minməsi | 9 noyabr 1936-cı il |
• şərtləri | Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyinin bərpa edilməsi |
İmzalayanlar |
Bolqarıstan İngiltərə Fransa Yunanıstan Yaponiya Rumıniya Yuqoslaviya Türkiyə SSRİ |
Status | beynəlxalq |
Dili | fransız |
Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur.
1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan[3] konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır.[4] Konvensiya hazırda qüvvədə qalmaqda davam edir.