Nəğməli inqilab
Baltikyanı ölkələrdə Sovet hakimiyyətinin başa çatmasına gətirib çıxaran hadisələr / From Wikipedia, the free encyclopedia
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə.[1][2] Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür.[3] Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur.
Cəld faktlar Yer, Tarix ...
Nəğməli inqilab | |
---|---|
est. laulev revolutsioon latış. dziesmotā revolūcija lit. dainuojanti revoliucija rus. Поющая революция | |
Yer | Baltikyanı ölkələr |
Tarix | 1987—1991 |
Səbəb | Sovet rejiminin siyasətindən narazılıq |
Əsas məqsəd | Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri |
Nəticə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla