Napoleon müharibələri
From Wikipedia, the free encyclopedia
Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Napoleon müharibələri | |||
---|---|---|---|
| |||
Tarix | 18 may 1803 – 20 noyabr 1815 | ||
Yeri | Avropa,Atlantik okeanı, Hind okeanı, Rio-de-La-Plata | ||
Nəticəsi |
Antifransa koalitsiyasının qələbəsi Vyana konqresi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi.
Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.