Naxçıvançay
From Wikipedia, the free encyclopedia
Naxçıvançay - Araz çayının sol qolu. Şahbuz rayonu və Naxçıvan şəhəri ərazisindən axır.
Naxçıvançay | |
---|---|
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Şəhər | |
Mənsəbi | Araz su anbarı |
Uzunluğu | 81 km |
Su sərfi | 5,23 m³/s |
Hövzəsinin sahəsi | 1630 km² |
Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayı hesab edilir. Uzunluğu 81 km, hövzəsinin sahəsi 1630 km²-dir. Başlanğıcını Keçəldağın cənub yamacından (2720 m) alır. Başlıca qolları sağdan, Tapıdaşqara (uzunluğu 15 km), Sələsüzçay (uzunluğu 19 km), Cəhriçay (uzunluğu 45 km), soldan, Şahbuz (uzunluğu 27 km), Kükü (uzunluğu 20 km), Qahabçay (uzun-luğu 21 km) çaylarıdır. Axımı qar (38%), yağış (22%) və yeraltı (40%) sulardan əmələ gəlir.
İllik su sərfi 5,23 kub m/san-dir. Bunun da 60%-i yaz, 20%-i yay, 9%-i payız, 11%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə illik axımının 8-10%-i axıdılır. Yayda yağan güclü yağışlar çayda tez-tez dəhşətli sel əmələ gətirir.
Çayın orta illik asılı gətirmələr sərfi 3,67 kq/san, suyunun orta lillənməsi 700 q/kub m-dir. Daşqın dövründə suyunun lillənməsi 1000 q/kub m-ə qədər, artır. Suyu hidrokarbonatlı kalsiumlu olmaqla, minerallaşması, yuxarı axınında 150-mq/l, mənsəb hissəsində isə 300-500 mq/l-ə çatır. Naxçıvançayın suyundan suvarma işlərində geniş istifadə edilir.