Norveç meşəsi (roman)
From Wikipedia, the free encyclopedia
Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir.
Norveç meşəsi | |
---|---|
ノルウェイの森 | |
| |
Janr | roman |
Müəllif | Haruki Murakami |
Orijinal dili | yapon |
Yazılma ili | 1987 mart 27 |
Nəşr ili | 4 sentyabr 1987, 1987 |
Nəşriyyat | Qanun |
ISBN | ISBN 978-9952-26-287-2 |
Tərcümə | Günel Mövlud |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür.
Haruki Murakami bu əsəri özünün "işıldaböcək" adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib. Lakin əsəri yazıb qurtardıqda əsər doqquz yüz səhifədən (yapon əlifbası ilə) uzun olub[1]. H. Murakami bu romanı Yunanıstanın Mikena adasında 1986-cı ilin dekabrın 1-də yazmağa başlayıb və İtalyada Roma yaxınlığında 1987-ci il martın 27-də bitirib[1].
2010-cu ildə Tran Anh Hung tərəfindən romana eyniadlı film çəkilib.
Kitabın adı The Beatles qrupunun eyni adlı mahnısından götürülüb.