Attack on Titan
və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası / From Wikipedia, the free encyclopedia
Attack on Titan (azərb. Nəhəngə hücum) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人?, azərb. Hücum edən nəhəng) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Attack on Titan | |
Birinci cildin üzlüyü. | |
進撃の巨人 (Shingeki no Kyojin) azərb. Nəhəngə hücum | |
---|---|
Janr | macəra, qaranlıq fentezi, postapokaliptika |
Manqa | |
Manqaka | Hacime İsayama |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Kodansha USA |
Jurnal | Bessatsu Shōnen Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 9 sentyabr 2009 – hazırda |
Cildlər | 26 (cild siyahısı) |
Romanlar | |
| |
Manqalar | |
| |
Anime | |
Rejissor | Tetsuro Araki Kasaşi Koyzuka (II və III mövsümlər) |
Prodüsser | Tetsuya Kinoşita Kensuke Tateyşi Corc Vada Şin Furukava Tomohito Naqase Toşihiro Maeda |
Ssenarist | Yasuko Kobayaşi |
Bəstəkar | Hiroyuki Savano |
Studiya | Wit Studio Production I.G (istehsal əməkdaşlığı) |
Digər lisenziyalar | AVA Madman Entertainment Funimation Manga Entertainment (I mövsüm) Sony Pictures UK (II mövsüm) |
Kanal | MBS, Tokyo MX, BS11, FBS, TOS, HTB, TVA, GTV, GYT, TVS, tvk, CTC, RSK, BSN, RCC, SBC, TBC, SBS, IBC, RKK, ITC (I və II mövsümlər) NHK G (III mövsüm) |
Digər kanallar | Aniplus Asia Adult Swim (Toonami) |
Buraxılış tarixi | 7 aprel 2013 – hazırda |
Seriyalar | 40 + 8 OVA (seriya siyahısı) |
Anime | |
Attack on Titan – Part 1: Crimson Bow and Arrow Attack on Titan – Part 2: Wings of Freedom | |
Rejissor | Tetsuro Araki |
Ssenarist | Yasuko Kobayaşi |
Bəstəkar | Hiroyuki Savano |
Studiya | Wit Studio Production I.G (istehsal əməkdaşlığı) |
Digər lisenziyalar | Funimation |
Vaxt | hər biri 120 dəq. |
Anime | |
Attack on Titan: The Roar of Awakening | |
Rejissor | Tetsuro Araki Masaşi Koyzuka |
Ssenarist | Yasuko Kobayaşi |
Bəstəkar | Hiroyuki Savano |
Studiya | Wit Studio |
Digər lisenziyalar | AVA Madman Entertainment Funimation Anime Limited |
Vaxt | 120 dəq. |
Bədii | |
| |
Videooyunlar | |
| |
Anime və manqa portalı |
Manqanın spin-off prikvel ranobesi olan və Ryo Suzukaze tərəfindən yaradılan "Attack on Titan: Before the Fall" 2011-ci ilin dekabr ayında buraxılmağa başlamış, daha sonra isə öz manqa adaptasiyasını əldə etmişdir. Buna əlavə olaraq, daha iki ranobe və dörd spin-off manqa seriyası yaradılmışdır. Manqanın Wit Studio və Production I.G şirkətləri tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 2013-cü ilin aprel ayından sentyabr ayına qədər Yaponiyanın MBS telekanalında efirə verilmişdir. İkinci mövsüm 2017-ci ilin aprel ayından iyun ayına qədər efirə verilmişdir. Üçüncü mövsüm 2018-ci ilin iyul ayında başlamışdır.[1][2]Nitroplus və Production I.G şirkətləri manqa seriyası əsasında dörd videooyun adaptasiyası istehsal etmişdir. Həmin videooyunların animenin Blu-ray Disc buraxılışının üçüncü və altınca cildlərinin bonus məzmunu olaraq buraxılacağı açıqlanmışdır. Buna əlavə olaraq, Spike Chunsoft tərəfindən Nintendo 3DS platorması üçün daha başqa bir videooyun istehsal olunur. 2015-ci ildə iki-hissəli bədii film – "Nəhənglərin hücumu" və "Nəhənglərin hücumu: Dünyanın sonu", eləcə də bir bədii vebserialı buraxılmışdır. Komediya janrındakı "Attack on Titan: Junior High" manqa seriyasının anime adaptasiyası Production I.G tərəfindən hazırlanmış və 2015-ci ildə efirə verilmişdir. "Attack on Titan" və onun digər beş spin-off manqası Şimali Amerikada Kodansha USA, digər üçün roman seriyası isə Vertical tərəfindən nəşr edilmişdir. Anime Funimation tərəfindən Şimali Amerika regionu üçün, Manga Entertainment tərəfindən Böyük Britaniya regionu üçün və Madman Entertainment tərəfindən Avstralasiya regionu üçün lisenziyalaşdırılmışdır.
"Attack on Titan" animanqa seriyası böyük bir kommersial uğur əldə etmişdir. 2018-ci ilin may ayına qədər manqanın 74 milyon nüsxəsi satılmış, ən çox satan manqa seriyalarından birinə çevrilmişdir.[3] Ab-havası, musiqisi və süjetinə görə təriflənən manqanın anime adaptasiyası buraxılması seriyanın məşhurluğunu artırmışdır. Seriyanın Yaponiyanın qonşu ölkələrində şöhrətlənməsinə baxmayaraq, onun əsas mövzusu qalmaqal subyekti olmuşdur.