"Oskar" mükafatı
film sənayesində bədii və texniki dəyər üçün verilən mükafat / From Wikipedia, the free encyclopedia
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı[1] (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir.
"Oskar" mükafatı | |
---|---|
ing. Academy Awards | |
Ümumi məlumatlar | |
Verilmə səbəbi | Kinematoqrafiya nailiyyətlərində mükəmməllik |
Təqdim edir | Film Sənətləri və Elmləri Akademiyası |
Təsis olunub | 16 may 1929 |
oscars.org/oscars | |
Vikianbarda əlaqəli mediafayllar |
Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir.[2] İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib.[3][4] "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.[5] Onun ekvivalentləri olan televiziya üçün Emmi mükafatı, teatr üçün Toni mükafatı və musiqiyə aid Qremmi mükafatı "Oskar" mükafatından sonra yaradılıb.[6]
2018-ci ilin ən yaxşı filmlərinə həsr olunmuş 91-ci "Oskar" mükafatı mərasimi 24 fevral 2019-cu ildə Los-Ancelesdəki Dolby Teatrında keçirilib. Mərasim ABC-də yayımlandı. İlk mərasimdən 91-ci mükafat mərasiminə qədər, mükafat ümumilikdə 3,096 namizədə layiq görülmüşdür.[7] 1988-ci ildən aparıcısı olmayan ilk mərasim idi.[8]