Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu.
Cəld faktlar Tarix, Yeri ...
Pörl Harbora hücum |
---|
İkinci dünya müharibəsi |
Pörl-Harbora hücumun əvvəlində yapon təyyarəsindən çəkilmiş foto. Mərkəzdəki partlayış "USS West Virginia" (Qərbi Virciniya) gəmisinin torpedo ilə vurulmasının nəticəsidir[1]. |
Tarix |
7 dekabr 1941 |
Yeri |
Pörl Harbor, Oahu adası, Havay adaları |
Nəticəsi |
ABŞ Sakit Okean Donanmasının məhvi |
|
Hazbend Kimmel
|
Tuiti Naqumo
|
|
8 xətt gəmisi 8 kreyser 30 minadaşıyan 4 sualtı gəmi 49 digər gəmi ~390 təyyarə
|
6 aviadaşıyıcı 2 xətt gəmisi 2 ağır kreyser 1 yüngül kreyser 9 minadaşıyan 8 yanacaqdoldurma gəmisi 23 sualtı gəmi 5 kiçikölçülü sualtı gəmi 414 təyyarə
|
|
4 xətt gəmisi batırılıb, 4-ü zədələnib 2 minadaşıyan batırılıb, 1-i zədələnib 1 minadüzən batırılıb 3 kreyser zədələnib 1 xətt gəmisi quruya oturub 188 təyyarə məhv edilib, 155-i müxtəlif dərəcədə zədələnib 2402 nəfər (o cümlədən 57 mülki şəxs) həlak olub 1282 nəfər (o cümlədən 35 mülki şəxs) yaralanıb
|
4 kiçik sualtı gəmi batırılıb, 1-i quruya oturub 29 təyyarə vurulub 55 pilot, 9 dənizçi həlak olub, 1-i yaxalanıb
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Hücum nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələndi və ya batırıldı, 188 qırıcı təyyarəsi məhv edildi, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş öldü. Buna baxmayaraq, Sakit Okean Donanmasının üç təyyarə daşıyıcı gəmisi, əsas tankerlər, sualtı qayıqlar və bazanın zavod gəmiləri limanda deyildi və heç biri zərər görmədi.