Portal:UNESCO
From Wikipedia, the free encyclopedia
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Afrikadakı ümumdünya irsi obyektlərinin siyahısı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir.
Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi Efiopiya və Mərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, Seneqal və Tanzaniya gəlir. Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. |
Marianna Vardinoyannis — UNESCO-nun Xoşməramlı səfiri,yunan xeyriyyəçisi, insan haqları və uşaq sağlamlığı üçün bir dünya müdafiəçisi və təşviqatçısı. Marianna Vardinogiannis Yunanıstanda anadan olub (1937) və Afinada böyümüşdür. Afinada orta məktəbi bitirdikdən sonra Koloradodakı Denver Universitetində İqtisadiyyat təhsili almışdır. Yunanistan gəmi maqnatı Vardis Vardinogiannis ilə evli və beş övladı var idi.
Marianna Vardinogiannis fəaliyyətinə beynəlxalq sülh və qlobal həmrəylik uğrunda mübarizə apardığı müxtəlif təşkilatların, birliklərin və xeyriyyəçi təşkilatların üzvü kimi başlamışdır, baxmayaraq ki, əsas diqqətini əsasən uşaq problemlərinə, sağlamlıq, təhsil, sosial rifah və yoxsulluq, uşaq istismarı və s. yönəltmişdir. |
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
"UNESCO"nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Böyük ipək yolu ərazilərinin Ümumdünya İrsi siyahısına daxil edilməsi üçün səylərini birləşdirib.
Ümumdünya İrsi | İnsan və biosfer | Dünyanın yaddaşı | |||
|
|
|
- 14 yanvar — Ümumdünya Məntiq Günü (2019-cu ildən)
- 21 fevral — Beynəlxalq Ana Dili Günü (2000-ci ildən)
- 21 mart — Dünya Poeziya Günü
- 18 aprel — Tarixi Abidələrin Mühafizəsi Günü (1983-cü ildən)
- 23 aprel — Ümumdünya Kitab Günü (1996-cı ildən)
- 3 may — Ümumdünya Mətbuat Azadlığı Günü (1994-cü ildən)
- 23 avqust — Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü (1998-ci ildən)
- 8 sentyabr — Beynəlxalq Savadlılıq Günü (1966-cı ildən)
- 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü (1994-cü ildən)
- 10 noyabr — Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü (2002-ci ildən)
- 16 noyabr — Beynəlxalq Tolerantlıq Günü (1995-ci ildən)
- noyabrın üçüncü cümə axşamı — Beynəlxalq Fəlsəfə Günü (2002-ci ildən)
- Gilyermo Kano Mükafatı — mətbuat azadlığına verdiyi töhfəyə görə.
- Yana Amosa Komenskovo medalı — pedaqoqika sahəsində nailiyyətlərinə görə.
- Hans Xristian Andersen mükafatı — uşaq yazıçılar və illüstratorlar üçün ədəbi mükafat.
- "UNESCO"nun Sülh Rəssamı — yaradıcı peşə sahibləri üçün mükafat.
- Kalinqi mükafatı — elmin populyarlaşdırılması sahəsində nailiyyətlərinə görə.
- Albert Eynşteyn medalı — elmə verdiyi böyük töhfəyə və elmi sahədə beynəlxalq əməkdaşlığa görə.
|
|
|
|
|
|
|
Proqramlar: Ümumdünya İrsi • Qeyri-maddi mədəni irs • İnsan və biosfer • Dünyanın yaddaşı • "UNESCO" ilə əlaqəli məktəblər • Azad proqram kataloqu
Mükafatlar: UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı • Yana Amosa Komenyus medalı • Hans Xristian Andersen mükafatı
"UNESCO" günləri: Beynəlxalq Savadlılıq Günü • Ümumdünya Kitab Günü • Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü • Tarixi Abidələrin Mühafizəsi Günü • Beynəlxalq Ana Dili Günü • Ümumdünya Mətbuat Azadlığı Günü • Beynəlxalq Tolerantlıq Günü • Beynəlxalq Müəllimlər Günü • Beynəlxalq Fəlsəfə Günü
Əsas siyahılar: Dünya irsi: Asiya • Afrika • Avropa • Okeaniya • Cənubi Amerika • Avstraliya, Kanada, Rusiya, ABŞ
- Vikianbarda UNESCO ilə əlaqədar mediafayllar var
Xarici keçidlər: |
|