Prespa gölü
From Wikipedia, the free encyclopedia
Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür.
Prespa gölü | |
---|---|
alb. Liqeni i Prespës yun. Λίμνες Πρέσπες mak. Преспанско Езеро | |
| |
Ümumi məlumatlar | |
Tipi | Tektonik |
Mütləq hündürlüyü | 853 m |
Eni | 17000 km |
Uzunluğu | 28000 km |
Sahil uzunluğu | 107 km |
Sahəsi | 259 km² |
Dərin yeri | 54 m |
Orta dərinliyi | 54 m |
Yerləşməsi | |
40°52′ şm. e. 21°06′ ş. u. | |
Ölkələr | |
Yerləşməsi | Balkan Yarımadası (Yunanıstan, Albaniya və Makedoniya) |
Adalar | Qolen Qrad, Mal Qrad |
Rəsmi adı | Lake Prespa |
Tarixi | 4 aprel 1995 |
İstinad nöm. | 726[1] |
Rəsmi adı | Albanian Prespa Lakes |
Tarixi | 13 iyun 2013 |
İstinad nöm. | 2151[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Ərazi, Albaniya, Yunanıstan və Makedoniya Respublikasında olan üç Milli parka aiddir. Prespa gölləri ərazisindəki ən böyük yaşayış məntəqəsi Makedoniya Respublikasında olan Resen qəsəbəsidir. 2014-cü ildə Albaniya ilə Makedoniya arasındakı Ohri-Prespa Transsərhəd Qoruğu UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edildi.[3]