Qızılı beş
From Wikipedia, the free encyclopedia
Qızılı beş (ing. The Figure 5 in Gold)[4] və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir.[5] Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir.[6] Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir.[7] Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində[4]) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır.
Cəld faktlar Qızılı beş, Rəssam ...
Qızılı beş | ||
---|---|---|
I Saw the Figure 5 in Gold | ||
| ||
Rəssam | Çarlz Demut | |
Tarixi | 1928 | |
Üslubu | portret[1] | |
Ölçüləri | 90,2 sm[2] × 76,2 sm[2] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Metropoliten muzeyi | |
İnventar nömrəsi | 49.59.1[3] | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla