Quba xanlığı
XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. / From Wikipedia, the free encyclopedia
Quba xanlığı (az-əbcəd. قوبا خانلیغی, fars. خانات قبه) — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü[7] tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Qalayxudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.[8]
Xanlıq[1] | |
Quba xanlığı | |
---|---|
قوبا خانلیغی | |
|
|
|
|
Paytaxt | Quba, Xudat |
Ən böyük şəhər | Dərbənd, Salyan, paytaxt şəhərləri və asılı xanlıqların paytaxtı (Bakı, Şamaxı, Cavad) |
Dilləri | Azərbaycan dili[2] |
Rəsmi dilləri |
Azərbaycan dili,[3] fars dili[4] |
Dövlət dini | İslam (Şiəlik)[5] |
Valyuta | Abbası, Şahi |
Əhalisi |
Azərbaycan türkləri,[6] ermənilər,[6] yəhudilər[6] |
İdarəetmə forması | Mütləq monarxiya[5] |
Xan | |
• 1726–1758 | Hüseynəli xan (ilk) |
• 1758–1789 | Fətəli xan |
• 1789–1791 | Əhməd xan |
• 1791–1806 | Şeyxəli xan (son) |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-ci ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi.[9]
Fətəli xanın dövründə xanlıq özünün yüksəliş dövrünü yaşadı. Fətəli xan 31 illik hakimiyyəti ərzində qonşu xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazisini genişləndirməyə çalışırdı. Başqa xanların səylərindən fərqli olaraq, onun cəhdləri daha geniş miqyas aldı və Azərbaycan torpaqlarının birləşməsi ilə nəticələndi. O, Qacar İranı, Kartli-Kaxetiya, Şəki xanlığı və Rusiya imperiyası ilə əlaqələr saxlayaraq müxtəlif qələbələr qazandı. Fətəli xan 1789-cu ildə vəfat etdi. Onun ölümündən sonra Quba taxtına böyük oğlu Əhməd keçdi. Fətəli xanın ölümü ilə asılılığında olan xanlıqlar müstəqil oldular.[10]
Əhməd xan 2 il xan taxtında oturdu. Onun ölümündən sonra hakimiyyətə Şeyxəli xan gəldi. 1796-cı ildə Valerian Zubovla apardığı müharibələrdə məğlub olaraq Dərbəndi Rusiyanın ərazisinə verdi. Şeyxəli xan 15 illik hakimiyyəti dövründə Quba xanlığını Rusiya asılılığından qorusa da, o, atası kimi bacarlıqlı ola bilmədi. Apardığı müharibələr xanlığı nisbətən zəiflətdi. O, 1802-ci ildə Rusiya ilə Georgiyevsk müqaviləsini imzaladı. 1806-cı ildə Quba xanlığı Rusiya tərəfindən ələ keçirildi. 1810-cu ildə isə əyalətə çevrildi. Əyalətin nəzarəti Bakı xanı II Mirzə Məhəmməd xana verildi. Şeyxəli xan dağlara qaçdıqdan bir müddət sonra vəfat etdi. O, ölümünə qədər Rusiya ilə mübarizələr apardı.[11]