Reç Pospolita
From Wikipedia, the free encyclopedia
Reç Pospolita[3] (pol. Rzeczpospolita) — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarixi dövlət | |||||
Reç Pospolita | |||||
---|---|---|---|---|---|
pol. Rzeczpospolita Obojga Narodów lit. Lenkijos Karalystė ir Lietuvos Didžioji Kunigaikštystė | |||||
|
|||||
«lat. Si Deus Nobiscum quis contra nos (Allah bizimlədirsə, bizə qarşı kim ola bilər?) XVIII əsrdə: lat. Pro Fide, Lege et Rege (Din, kral və qanun uğrunda)» |
|||||
|
|||||
|
|||||
Paytaxt | Krakov, Varşava, Vilnüs | ||||
Dilləri | polyak dili, Ruthen dili, latın dili[1][2][…], Litva dili[1][2][…], erməni dili[1][2][…] | ||||
Rəsmi dilləri |
Polyak dili Latın dili Litva dili Alman dili |
||||
Dövlət dini |
Katolik Pravoslav Protestant İslam İudaizm |
||||
Valyuta | polyak zlotı[d], Polşa zlotı | ||||
Ərazisi |
1580 — 865 000 km² 1650 — 878 000 km² 1771 — 718 000 km² |
||||
Əhalisi |
1580 — 7,5 mln. nəfər 1650 — 11 mln. nəfər 1771 — 12,3 mln. nəfər |
||||
İdarəetmə forması |
irsi monarxiya (1569-1573 və 1791-1795) seçkili monarxiya (1573-1791) |
||||
Vikianbarda əlaqəli mediafayllar |
Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı.Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi.
Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi. Lakin Osmanlı dövləti buna imkan vermədi. Rusiya əleyhdarı Stefan Batori Reç Pospolita kralı seçildi.