Ruanda soyqırımı
From Wikipedia, the free encyclopedia
Ruanda soyqırımı və ya rəsmi olaraq Tutsilərin soyqırımı[1] — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və İnterahamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Ruanda soyqırımı | |
---|---|
Hücum yeri |
Ruanda |
Hücum hədəfi | Tutsilər |
Vaxt |
6 aprel-18 iyul 1994 |
Hücum üsulu | kütləvi qətllər, cinsi zorakılıq |
Həlak olanlar | 500.000-1.000.000 |
Təşkilatçılar | Hutu hökuməti, İnterahamve və impuzamuqabi dəstələri |
Vikianbarda əlaqəli mediafayllar |
Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. Mühafizəkar hutular və prezidentin yaxın ətrafı sülh müqaviləsindən narazı idilər onlar, bunu düşmənə güzəşt kimi qəbul edirdilər. RVC-nin dayaqlarını möhkəmləndirməsi hutular arasında "hutu gücü" ideologiyasının populyarlaşmasına gətirib çıxardı. Bu ideologiya tutsilərin ruandalı olmadığını və onların monarxiyanı yenidən bərpa edib hutuları qul etmək arzularının olduğunu təbliğ edirdi, bu fikirlər isə hutular tərəfindən çox pis qarşılanırdı.
6 aprel 1994-cü ildə içində Xabiarimana və Burundi prezidenti Siprien Ntaryamiranın da olduğu təyyarə Ruandanın paytaxtı Kiqaliyə çatmamış vuruldu. Və təyyarədə olan hər kəs öldü. Məhz həmin gündən soyqırım başladı: əsgərlər, polislər və könüllülər tez bir zamanda tutsilərin əsas hərbi və siyasi xadimlərini, o cümlədən də hutuların arasında hakimiyyətdəki boşluğu doldura biləcək tərəfsiz siyasətçi və hərbiçiləri aradan götürdülər. Tezliklə hər yanda sərhəd-keçid məntəqələri və barikadalar qurub tutsiləri öldürməyə başladılar onların tutsi olduğunu isə sənədləri yoxlamaqla bilirdilər. Soyqırımın təşkilatçıları hutuları qonşuları tutsiləri zorlamaq, döymək, öldürmək və əmlaklarını məhv edib, mənimsəmək üçün silahlanmağa çağırır və bəzən də məcbur edirdilər. Sülh razılaşmasının pozulması RVC-nin hücumlarının bərpa olunmasına səbəb oldu, tezliklə ölkənin şimalı iyulun ortalarına isə paytaxt Kiqali tutuldu və bununla da qırğın dayandırıldı. BMT, ABŞ, Böyük Britaniya və Belçika BMT-nin Ruandaya Kömək Missiyasına daha çox dəstək verib səlahiyyətlərini artırmadıqlarına və hərəkətsizliyə görə tənqid olundular. 6 Apreldən sonra Fransa Ruanda hökumətinə dəstəkdə ittiham olunurdu. 7 aprel BMT tərəfindən Ruanda Soyqırımının beynəlxalq anım günü[2] kimi təsdiq olundu. Ruandanın özündə də 7 aprel Soyqırımı anım günü kimi, 4 iyul isə Qurtuluş günü kimi qeyd olunur.
Soyqırımın Ruandaya və həmsərhəd ölkələrə əhəmiyyətli dərəcədə böyük təsiri oldu. Kütləvi zorlanma hallarına görə QİÇS-ə yoluxanların sayı dəfələrlə çoxaldı. İnfrastrukturun məhv edilməsi və qurbanların sayının çox olması iqtisadiyyat üçün ağır nəticələr verdi. RVC-nin qələbəsi əksər hutuların qonşu ölkələrə qaçmalarına səbəb oldu. Onların çoxu Zairin(İndiki Konqo Demokratik Respublikası) şərq bölgələrində yerləşdilər, bu bölgədə radikallar Ruanda sərhəddinə yaxın yerləşən qaçqın düşərgələrini yenidən hakimiyyətə qayıtmaq üçün dayaq kimi istifadə edirdilər. Yeni qırğınların qarşısını almaq üçün RVC-i birinci və ikinci konqo müharibələrində Zair ərazisində döyüşürdülər. Bölgədəki tutsilərin və hutuların çoxu qaçqın statusu ilə yaşayırlar.