Rusiya-Osmanlı müharibəsi (1676-1681)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Rusiya-Osmanlı müharibəsi.
Rusiya-Osmanlı müharibəsi (1676–1681) — Osmanlı İmperatorluğu ilə Rusiya Çarlığı arasında baş verən ilk böyük müharibədir. Bu müharibə zamanı Merzifonlu Qara Mustafa Paşa sədrəzəm olmuşdur. Qara dənizə çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə başladı. Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını ruslardan aldılar. 1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova sülhünün şərtlərini tanıdı və Dnepr çayının sol-sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul etdi.