San-Remo konfransı (1920)
Antanta qüvvələri və ona qoşulan dövlətlərin Birinci Dünya Müharibəsindən sonra 1920-ci il 19-20 apreltarixlərində İtaliyanın San-Remo şəhərində çağırdıqları Ali Məclisin yığıncağı / From Wikipedia, the free encyclopedia
San-Remo konfransı — Antanta qüvvələri və ona qoşulan dövlətlərin Birinci Dünya Müharibəsindən sonra 1920-ci il 19-20 apreltarixlərində İtaliyanın San-Remo şəhərində çağırdıqları Ali Məclisin yığıncağı
Konfransda Böyük Britaniyanın Baş naziri Devid Lloyd Corc və A. Balfurun[1] yerini tutan xarici işlər naziri Lord Corc Kerzon,Fransanın Baş naziri Aleksandr Milyeran, İtaliyanın Baş naziri F. Nitti iştirak etdilər. Yaponiyanı səfir K. Matsui təmsil etmişdi. Amerika nümayəndəsi, Romadakı səfiri Conson konfransa müşahidəçi olaraq gəldi. Bu ölkələrin nümayəndələri Yunanıstan və Belçikanın maraqlarına təsir edən məsələlərin müzakirəsində iştirak etdilər.
Konfrans keçmiş Osmanlı İmperatorluğunun Yaxın Şərqdəki ərazilərinin İdarəsini Millətlər Cəmiyyətinin "A" sinif mandatları arasında bölüşdürülməsini müəyyənləşdirdi. Bütün ərazilərin dəqiq sərhədləri qeyri-müəyyən olaraq qaldı. Hesab edilirdi ki, onlar "əsas müttəfiq güclər tərəfindən təyin ediləcək və təsdiqlənmək üçün Millətlər Cəmiyyətinə təqdim ediləcəklər",[2]lakin sonrakı 4 il ərzində bu baş tutmadı. Konfransın qərarları 1920-ci ildə reallaşdırılmamış Sevr sülh müqaviləsinə daxil edildi (VII hissə, 94-97)[3],lakin Türkiyə bunu rədd etdiyi üçün, nəhayət Millətlər Cəmiyyəti Şurası tərəfindən 1923-cü il Lozanna müqaviləsi qəbul edilənə qədər yalnız 24 iyul 1922-ci ildə təsdiq edildi[4][5][6].
Bundan əlavə, konfransda Almaniyanın 1919-cu il Versal Sülh Müqaviləsinin hərbi maddələrinin yerinə yetirilməsi və Sovet Rusiyasına münasibətdə müttəfiqlərin mövqeyi ilə bağlı məsələlər müzakirə edildi.