Saxarov mükafatı
From Wikipedia, the free encyclopedia
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.[2] SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir.[2] Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır.[3] Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir.[1][3] Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.[1]
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı | |
---|---|
ing. Sakharov Prize for Freedom of Thought | |
|
|
Ölkə | Avropa Parlamenti |
Tip | Diplom |
Kimə verilir | Şəxslərə və təşkilatlara |
Təltif edir | |
Status | Təqdim olunur |
Deviz | "Dünyadakı insan hüquqları uğrunda mübarizəyə müstəsna bir töhfə" |
Statistika | |
Parametrlər | Məbləğ: €50000[1] |
Təsis tarixi | 1988 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 46 nəfər |
europarl.europa.eu/sakha… europarl.europa.eu/sakha… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır.[4] Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis Mukveqe və Nadiyə Murad.[5]
Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır.[6] Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir,[7] lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır.[8] 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun (fr. Gauche unitaire européenne, GUE) boykotu adı altında təqdim olunmuşdur.[9][10]