Spenser körfəzi
From Wikipedia, the free encyclopedia
Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir.[1] Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Spenser körfəzi | |
---|---|
ing. Spencer Gulf | |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Yerləşməsi | |
34°25′00″ c. e. 136°48′36″ ş. u. | |
Ölkə | Avstraliya |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla