Srebırna Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində,[2] Dunay çayının 2 km cənubunda[3] yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir.
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Srebırna Təbiət Qoruğu | |
---|---|
bolq. Природен резерват Сребърна | |
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 6 km2 ha |
Yaradılma tarixi | 20 sentyabr 1948[1] |
Florası | 139 bitki növü |
Faunası | 39 məməli növü, 21 sürünən və suda-quruda yaşayan növü, 10 balıq növü, 139 quş növü. |
Yerləşməsi | |
44°06′52″ şm. e. 27°04′41″ ş. u. | |
Ölkə | Bolqarıstan |
Vilayət | Silistra |
Yaxın şəhər | Silistra |
Rəsmi adı | ing. Srebarna Nature Reserve |
Tipi | Təbii |
Kriteriya | x |
Tarixi | 1983 (7-ci sessiya) |
İstinad nöm. | 219 |
Region | Avropa və Şimali Amerika |
Təhlükədə | 1992-1993[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir.