Türk boğazları böhranı
SSRİ ilə Türkiyə arasında Soyuq müharibə dövründə boğqazlara nəzarət münaqişəsi / From Wikipedia, the free encyclopedia
Türk boğazları böhranı — 1946-cı ildə Türk boğazlarına nəzarətlə bağlı Türkiyəyə qarşı SSRİ-nin tələbləri ilə əlaqədar yaranan beynəlxalq siyasi böhran. Böhran SSRİ-nin Türkiyəyə ərazi iddiaları çərçivəsində baş vermişdir.
Türk boğazları böhranı | |||
---|---|---|---|
Soyuq müharibənin bir hissəsi | |||
| |||
Tarix |
Passiv formada: 20 iyul 1936 - 6 avqust 1946 Aktiv formada: 7 avqust 1946 - 30 may 1953[1] |
||
Yeri |
Qara dəniz Mərmərə dənizi |
||
Səbəbi | İkinci Dünya müharibəsindən sonra ərazi mübahisələri | ||
Nəticəsi |
* Status quo ante bellum * Sovet İttifaqı Türkiyə boğazlarında rejimin dəyişdirilməsi tələblərini geri götürdü * Türkiyə NATO-ya üzv oldu |
||
Ərazi dəyişikliyi | Türkiyə | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Türkiyə İkinci Dünya müharibəsinin sonuna qədər öz neytrallığını qoruyub saxlaya bildi. SSRİ nəqliyyat gəmilərinin Qara dənizi Aralıq dənizi ilə birləşdirən Türk boğazlarından sərbəst keçməsi üçün Sovet hökuməti tərəfindən Türkiyə hökumətinə təzyiqlər edilməyə başlandı. Türkiyə hökumətinin Sovet İttifaqının tələblərini birmənalı şəkildə rədd etməsi bölgədə gərginliyi artırdı və böhranı güc nümayişinə çevirdi. Bu hadisə sonradan Trumen doktrinasının yaranmasında müəyyənedici amil rolunu oynadı.[2] Bu böhran Türkiyənin üzünü tamamilə Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına və NATO-ya çevirməsinə səbəb oldu.