Türkiyə prezidentlərinin siyahısı
Türkiyə Cümhuriyyətinin dövlət başçıları / From Wikipedia, the free encyclopedia
Türkiyə Cümhuriyyətinin Prezidenti Türkiyə Cümhuriyyətinin dövlət başçısıdır.
24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin yaradılması elan edildi; elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa onun prezidenti seçildi. 3 mart 1924-cü ildə Osmanlı xilafəti tamamilə ləğv edildi.[1][2][3]
1950-ci ildən 9 iyul 2018-ci ilədək prezidentlik əsasən təntənə rolu daşıyırdı, eyni anda prezident Türkiyə Cümhuriyyətini təmsil edirdi və türk millətinin birliyini simvolizə edirdi, Konstitusiyanın həyata keçirilməsi və digər dövlət orqanlarının qarşılıqlı həmahəng fəaliyyətini təmin edirdi. 2017-ci ildə keçirilmiş referendumda hökumətin respublika prezidentinə tabe olmasını nəzərdə tutan parlament idarəetmə formasından prezident respublikasına keçid və baş nazir vəzifəsinin ləğvini ehtiva edən 18 dəyişiklik təsdiq edildi. Konstitusiyanın 101–106-cı maddələri namizədlərə qoyulan tələbləri, seçki proseduru, prezidentin vəzifə və məsuliyyətlərini müəyyən edir. Daha əvvəl prezident Türkiyə parlamentinin üzvləri tərəfindən seçilirdi; 2007-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra prezident vətəndaşların birbaşa səsvermə yolu ilə seçilir (ilk birbaşa seçkilər 2014-cü ildə keçirildi). Prezident qanunverici işlərdə fəal iştirak etmək imkanına malikdir: parlamentin qəbul etdiyi qanun layihələrini yenidən baxılması üçün qərar vermək, qanun layihələrini müzakirəyə təqdim etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək, fərmanlar vermək (hansıları ki Konstitusiya ilə müəyyən edilmiş hallarda Baş nazir və müvafiq nazir təsdiq etməlidilər). Prezident parlament üzvlərinin ümumi sayının ən azı 1/3 hissəsi və onların ümumi üzvlərinin ən azı 3/4 qərarı ilə dövlətə xəyanət etdiyinə görə vəzifəsindən kənarlaşdırıla bilər.[4][5]
Cədvəlin ilk sütununda istifadə olunan nömrələmə şərtidir. İlk sütunda istifadə olunan rəngləmə də şərtidir, hansı ki partiya mənsubiyyətini əks etdirən sütuna baxmadan şəxslərin müxtəlif siyasi qüvvələrə mənsubiyyətininin daha sadə mənimsəməsinə xidmət edir. Dalbadal bir neçə dəfə seçilən prezidentin hər səlahiyyət müddəti ayrıca əks olunub (məsələn, ardıcıl dörd dəfə seçilən (1923–1938-ci illər) Mustafa Kamal Atatürkün səlahiyyət müddətləri). Siyahıda dövlət başçılarının səlahiyyətlərinin fərqli xasiyyəti də əks olunub (məsələn, 1960-cı ildən 1966-cı ilədək dövlət başçısı olan Camal Gürsəl səlahiyyət müddəti iki dövrə bölünüb: Milli Birlik Komitəsinin rəhbəri və seçilmiş prezident olduğu vaxtlar. "Seçkilər" sütununda prezident seçən parlamentin tərkibini formalaşdıran seçki prosedurları göstərilir, 2014-cü ildən isə birbaşa prezident seçkiləri göstərilib. "Partiya" sütununda partiya mənsubiyyəti ilə yanaşı şəxslərin bitərəf (partiyasız) statusu və ya partiyasız siyasi qüvvə olaraq çıxış etdikdə silahlı qüvvələrə aidiyyəti əks olunub.