UEFA Avro 1988
From Wikipedia, the free encyclopedia
Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır.
Cəld faktlar Yarış məlumatları, Ev sahibi ...
UEFA Avro 1988 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Almaniya |
Tarix | 10-25 iyun 1988 |
Başlama tarixi | 10 iyun 1988 |
Bitmə tarixi | 25 iyun 1988 |
Komanda sayı | 8 |
Stadion sayı | Folksparkştadion (Hamburq), Niderzaxsenştadion (Hannover), Parkştadion (Helzenkirxen), Münhersdorfer (Köln), "Olimpiaştadion" (Münhen), Valdştadion (Frankfurt-Mayn), Nekarştadion (Ştutqart), Raynştadion (Düsseldorf) |
Yekun nəticəsi | |
Çempion | Niderland |
İkinci | SSRİ |
Üçüncü yer |
Almaniya İtaliya |
Yarış statistikası | |
Oyun sayı | 15 |
Qol sayı | 34 (matç başına: 2.27) |
Tamaşaçı sayı | 599669 matç başına: 39978 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Marko van Basten (5 qol) |
← 1984 1992 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır.
Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər.