Valbonlar Vadisi Milli Parkı
From Wikipedia, the free encyclopedia
Valbonlar vadisi milli parkı (alb. Parku Kombëtar "Lugina e Valbonës") — qoruq ərazisi Albaniyanın şimalında, Tropoya dairəsi, Kukes vilayəti ərazisində yerləşir. Bayram-Surri şəhərindən 25–30 km şimal-qərbdə yerləşir.
Valbonlar vadisi Milli Parkı | |
---|---|
alb. Parku Kombëtar "Lugina e Valbonës" | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 80 km2 ha |
Mütləq hündürlüyü | 400-2692 m |
Yaradılma tarixi | 1996 |
Yerləşməsi | |
42°27′12″ şm. e. 19°53′28″ ş. u. | |
Ölkə | Albaniya |
Vikianbarda əlaqəli mediafayllar |
Albaniya ərazisində yerləşın üç milli oarkdan biridir. Milli park 15 mart 1996-cı Nazirlər Sovetinin № 102 qərarı ilə yaradılmışdır[1]. Parkın ümumi sahəsi 80 km²-dir. Park Şimali-Alban Alpında yerləşən vadinin yuxarı hissəsində, Valbon çayının ətrafı əraxilərini əhatə edir. Park şimaldan Monteneqro şərhədinə, qərbdən Teti Milli Parkına, şərqdən isə Lumi i Gashit qoruna uzanır. Parkda hündürlük 400 - 2692 metr arasında dəyişir. Park ərazisində çoxlu sayda mağara vardır. Bunlardan ən məşhuru Draqobidir. Bu mağarada alban milli qəhrəmanı Bayram Surri həyatını bitirmişdir[2].
Albaniya, Monteneqro və Kosovo birlikdə üçtərəfli parkın təşkili üçün razılığa gəmişlər. Park əgər təşkil olunarsa «Balkan dünyası parkı>> adlandırılacaq.