Varşava gettosundakı yəhudi oğlan
From Wikipedia, the free encyclopedia
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir[lower-alpha 1] və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi.[lower-alpha 2]
Varşava gettosundakı yəhudi oğlan | ||
---|---|---|
| ||
Rəssam | bilinmir | |
Tarixi | 1943[1][2] | |
Üslubu | reportaj | |
Ölçüləri | 30 sm × 22 sm | |
Saxlanıldığı yer | ||
Saytı |
collections.ushmm.org/se… bild.bundesarchiv.de/arc… gettyimages.com/detail/n… |
|
İnventar nömrəsi | 38-IMT-1061PS-Box 21-22[2], 4507[2], 26543[2], Bild 183-41636-0002[1], 30001717 | |
Vikianbarda əlaqəli mediafayllar |