Varna — Devnya kanalı
From Wikipedia, the free encyclopedia
Varna — Devnya kanalı — Bolqarıstanın şimal-şərqindəki Varna vilayətində yerləşən dərin su yolları sistemi (2 kanal və 2 göl).
Cəld faktlar Giriş, Mənsəb ...
Varna — Devnya kanalı | |
---|---|
| |
Giriş | Varna |
Mənsəb | Devnya |
Uzunluğu | 22 km |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Varna (şərqdə) və Devnya (qərbdə) şəhərlərini birləşdirir, Qara dənizin Varna körfəzindən başlayaraq Beloslav şəhəri və bir neçə kənd boyunca Varna və Beloslav göllərindən keçir. Kanalın ümumi uzunluğu 22 kilometrdir. Sahilləri boyunca bir sıra limanlar təchiz edilmişdir.
Kanalın sahilində, texnoloji ehtiyaclar üçün kanaldan su götürən Varna SES yerləşir.