Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (filmlər)
From Wikipedia, the free encyclopedia
Bu səhifə redaktorların filmlər və onlarla əlaqəli məqalələri redaktə edərkən riayət etməli olduqları qaydaların bələdçisidir. Filmlərlə əlaqəli əksər məqalələrdə yaranacaq suallara cavab tapmaq üçün ümumi ensiklopedik əhəmiyyətlilik qaydaları kifayət edir. Bu bələdçi isə spesifik film mövzuları ilə bağlı məqalələr üçün ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarında qeyd edilmiş meyarlara əlavə kimi nəzərdə tutulmuş, həmçinin, digər məqalə və siyahılar üçün nəzərdə tutulmuş ümumi ensiklopedik əhəmiyyətlilik qaydaları da nəzərə alınmışdır.
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
|
Vacib qeyd: Məqalənin ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməməsi onun sürətli silmə meyarına uyğun olması anlamına gəlmir. Lakin, ifaçı və ya qrup haqqında məqalədə onun vacib və ya əhəmiyyətli olmasını təsdiq edən məlumat yoxdursa, o zaman məqalə A7 meyarına əsasən sürətli silinə bilər. Məqalənin əhəmiyyətliyi haqqında sadə bir iddianın mövcud olduğu halda belə, onun A7 kriteriyası ilə silinməsindən qaçılmalı, məqalə silinmə üçün müzakirəyə çıxarılmalı və onun əhəmiyyətliyi müzakirə olunmalıdır.