Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (musiqi)
From Wikipedia, the free encyclopedia
Bu səhifə redaktorların, musiqi ifaçıları, qrupları, albomları və mahnılar da daxil olmaqla, musiqi ilə əlaqəli məqalələri redaktə edərkən riayət etməli olduqları qaydaların bələdçisidir. Musiqi leyblları və nəşriyyatları haqqında qayda üçün VP:EƏTŞ qaydasına baxa bilərsiz.
|
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vacib qeyd: Məqalənin ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməməsi onun sürətli silmə meyarına uyğun olması anlamına gəlmir. Lakin, ifaçı və ya qrup haqqında məqalədə onun vacib və ya əhəmiyyətli olmasını tədiq edən məlumat yoxdursa, o zaman məqalə A7 meyarına əsasən sürətli silinə bilər. Məqalənin əhəmiyyətliyi haqqında sadə bir iddianın mövcud olduğu halda belə, onun A7 kriteriyası ilə silinməsindən qaçılmalı, məqalə silinmə üçün müzakirəyə çıxarılmalı və onun əhəmiyyətliyi müzakirə olunmalıdır.
Musiqi haqqında məqalələrin zənginləşdirilməsinə vaxt sərf edən redaktorların bir çoxu belə hesab edir ki, məqalədə mövzu olanın (musiqiçi, qrup və sair) məşhur olması onun ensiklopedik əhəmiyyətliyini sübut edən faktordur. Zəhmət olmasa, nəzərə alın ki, aşağıdakı bütün kriteriyalara cavab verdiyi halda ensiklopedik baxımdan əhəmiyyətli olmayan məqalələrin mövcud olması kimi, aşağıdakı kriteriyaların heç birinə cavab vermədiyi halda ensiklopedik əhəmiyyəti olan məqalələrin mövcud olması da mümkündür. Aşağıdakı qaydalar əsasən idarəçilər tərəfindən vikipediyada saxlanılması və ya silinməsi müzakirə olunan məqalələrin taleyinin həll edilməsi üçün nəzərdə tutulub.
Vikipediyanın “Yoxlanılabilərlik” və “Ensiklopedik əhəmiyyətlilik” qaydalarına görə müzakirə mövzusu olan məqalənin mətni özlüyündə onun əhəmiyyətini təsdiq etməlidir. Məqalənin müzakirə səhifəsində və ya məqalənin müzakirə edildiyi digər yerlərdə onun mövzusunun ensiklopedik əhəmiyyətliyini tədiq edən məlumat və mənbələrin göstərilməsi kifayət deyil, bütün bu məlumatlar məqalənin məzmununda da əks olunmalıdır.
Ümumilikdə bioqrafiya məqalələrində Ensiklopedik əhəmiyyətlilik tələbləri üçün Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasına baxmanız məsləhətdir.
|