Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (veb)
From Wikipedia, the free encyclopedia
Vikipediya məqalələri sadəcə bir vebsaytın mahiyyətini, xarici görünüşünü və ya təklif etdiyi xidmətləri əhatə etməməlidir, belə ki, internet məzmunlu məqalə ensiklopedik üslubda yazılmalıdır və vebsaytın nailiyyətləri, təsiri və tarixi əhəmiyyəti etibarlı mənbələr göstərilməklə ətraflı əks olunmalıdır. Bu səhifə redaktorlar üçün Vikipediyada internet məzmunlu məqalələrin yerləşdirilməsi meyarlarını müəyyən edir. Vebsaytlara bloqlar, İnternet forumlar, xəbər agnetlikləri, veb portallar, podkastlar, veb-komikslər və digər media növləri aiddir. İnternetlə əlaqəsi olan və veb brauzer vasitəsilə fəaliyyətdə olan istənilən məzmun bu təlimatın məqsədlərinə əsasən internet məzmunu hesab olunur.
|
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vikipediyaçılar Vikipediyanın reklam məqsədləri üçün istifadə olunmasının tərəfdarı deyillər, Vikipediya məqalələrinin reklam məzmunlu olmaması ideyası uzun müddətdir ki, Vikipediyanın rəsmi siyasətidir. Vikipediyanın neytral mövqeyinə uyğun olaraq, məqalənin məzmununda reklam olarsa təmizlənməli və ya silinməlidir.
Vikipediya veb kataloq deyil, bura digər vebsaytlarla əlaqə yaratmaq və bu əlaqələri kateqoriyalaşdırmaq üçün internet məkanı deyil. Vikipediya linklərin, şəkillərin və ya media faylların saxlandığı məkan və ya anbar da deyil. Yalnız bir xarici keçidi olan və öz məzmunu haqqında qısa məlumata sahib məqalələr silinə bilər.
Ensiklopedik əhəmiyyətlilik meyarlarına cavab verməyən mövzular ya silinməli, ya da yaxın məzmunlu digər bir məqalənin tərkibinə birləşdirilməlidir. Ensiklopedik əhəmiyyətli olmayan məqalələrə adətən redaktorları xəbərdar etmək üçün Şablon:Əhəmiyyət yerləşdirilir. Bu kimi məqalələr silinmək üçün namizədlər siyahısına daxil edildikdə Vikipediya: Silinməyə namizəd məqalələrin müzakirəsi bölməsində müzakirə aparıla bilər.