Vikipediya:Saxtakarlıqla məşğul olmayın
From Wikipedia, the free encyclopedia
Vikipediyada saxtakarlıq qəbul olunmur və saxtakarlıq etmiş istifadəçi, saxtakarlığı sübut olunarsa tez bir zamanda bloklanır.
|
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
İstifadəçinin İP ünvanlarının və ya qeydiyyatdan keçmiş istifadəçinin qeydiyyat adının bloklanması Vikipediyanın normal işinə həmin istifadəçi tərəfindən təhlükə olduqda yerinə yetirilir.
Vikipediyada saxtakarlıq dedikdə aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:
- Bilərəkdən digər istifadəçilərin adları saxtalaşdırıldıqda. Onların şəxsi, eləcə də, müzakirə səhifələrinə oxşar səhifələrin sürətləri yaradıldıqda və onların adından məqalələrdə düzəlişlər edildikdə;
- Vikipediya cəmiyyətini aldatmaq məqsədi ilə digər istifadəçilər tərəfindən imzalanmış mətnlər (şərhlər) dəyişdirildikdə və ya silindikdə;
- Digər istifadəçilərin fəaliyyətlərində yanlış fikir yaratmaq məqsədi ilə onların redaktə etdikləri məqalələrdə yanlış redaktələr edildikdə;
- Digər istifadəçi adından məqalələr redaktə edildikdə və ya müzakirələr aparıldıqda;
- Vikipediya cəmiyyətində istifadəçilərlə kobud rəftar etdikdə və konfliktlər yaratdıqda.