Vilyam Şekspir
From Wikipedia, the free encyclopedia
Vilyam Şekspir[12] (ing. William Shakespeare; aprel 1564[1], Stratford-Apon-Eyvon[d], İngiltərə krallığı[2][3] – 23 aprel (3 may) 1616[4][2][…], Stratford-Apon-Eyvon[d], İngiltərə krallığı[2][5]) — İngilis şairi, yazıçısı və aktyorudur. İngilis dilində yazan ən böyük şair və dünyaca dram yazıçısı olaraq qəbul edilmişdir[13]. Adətən İngiltərənin milli şairi və "Eyvon şairi" olaraq bilinir. Günümüzə çatan əsərləri, bəzi birgə yazılanlarla birlikdə 38 əsər, 154 sonet, iki uzun hekayə şeir və bir neçə mənbəsiz şeirlər əhatə eləyir[14]. Əsərləri bütün böyük dillərə çevrilmiş və digər əsər yazarlarından daha çox sərgilənmişdir. Şekspir Stratford-upon-Avonda dünyaya gəlmiş və böyümüşdü. 18 yaşında Anna Hatavey ilə evlənmiş və üç uşağı dünyaya gəlmişdi: Suzanna və əkizlər Hamnet ilə Judit. 1585 ilə 1592-ci illər arası, Londonda bir aktyor, yazıçı və "Lord Chamberlain's Men" ( sonraki adı "King's Men" ) bir teatr şirkətinin sahibi olaraq uğurlu bir karyeraya başladı[15]. Ölməzdən üç il əvvəl 1613-cü ildə, 49 yaşında Stratfordda təqaüdçü olaraq görüldü. Şekspirin şəxsi yaşayışına aid bəzi mənbələr günümüzə çatmışdır. Fiziki görünüş, cinsi oriyentasiya, dini inanclar və əsərləri başqaları tərəfindən yazılıb ona aid edilən şaiələr deyilmişdir. Şekspir bilinən əsərlərinin çoxunu 1589-cu ilə 1613-cü illər arası yazmışdır[16]. İlk əsərləri adətən komediya və xronika tipli əsərlər idi. Bu janrda yazdığı əsərlərlə 16-cı yüzilin sonlarında mədəniyyətin və sənətin zirvələrinə yüksəldi. Daha sonra 1608-ci ilə qədər faciələrə yönəldi, ingilis dilinin ən yaxşı əsərlərindən sayılan "Hamlet" ("Hamlet"), "Romeo və Cülyetta" ("Romeo and Juliet"),"Kral Lir" ("King Lear"), "Otello" ("Othello"), ve "Maqbet"i ("Macbeth") bu dövrlərdə yazılıb[17]. Son vaxtlarda, dram olaraqda bilinən faciələrini yazdı və digər əsər yazarları ilə iş birliyi etdi. Əsərlərinin bir çoxu həyatı boyunca müxtəlif mətbuatlarda yayımlandı. 1623-də, Şekspirin iki dostu və aktyor yoldaşları Con Heming ve Henri Kondel, onun bilinən iki əsərini, bütün dramatik əsərlərini çap etdilər, Birinci Folyoda dərc etdilər. Önsöz, Ben Consonun bir şeiri idi və şeirdə uzaq görənliklə, Şekspir üçün "bir dönəmə deyil, bütün zamanlara aid" şəklində bəhs edib. Şekspir yaşadığı dövrlərdə hörmətli bir şair və əsər yazarı idi, lakin onun nüfuzu 19-cu əsrə qədər bugünkü yüksəlişinə çatmamışdır[18]. Özəlliklə romantiklər Şekspirin düşüncəsini çox bəyənmiş və Viktoriya dövründə yaşayanlar Corc Bernard Şou "bardolatry" (Şekspir fanatı) kimi xitab etdiyi bir hörmət tapa bilmişlər. 20-ci yüzillikdə əsərləri elm və teatrda yeni axınlar tərəfindən dəfələrlə mənimsədildi və yenidən kəşf edildi[19]. Əsərləri məşhurluğunu böyük ölçüdə davam etdirməkdə və davamlı olaraq incələnməkdə,sərgilənməkdə və bütün dünyada fərqli mədəniyyətdə və siyasətdə yenidən müzakirə olunmaqdadır[20].
Vilyam Şekspir | |
---|---|
ing. William Shakespeare | |
Doğum tarixi | aprel 1564[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 aprel (3 may) 1616[4][2][…] |
Vəfat yeri |
|
Vəfat səbəbi | bilinmir |
Dəfn yeri | |
Uşaqları | |
Fəaliyyəti | dramaturq |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | teatr pyesi, poeziya |
Tanınmış əsərləri | |
Vilyam Şekspir Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |