Vorren qədəhi
From Wikipedia, the free encyclopedia
Uorren qədəhi (ing. Warren Cup) – b.e.-nın 5–15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur.
Uorren qədəhi | |
---|---|
ing. Warren Cup | |
Material | gümüş |
Ölçü |
hündürlük: 11sm en:9.9sm dərinlik: 11sm |
Yaranıb | Qədim Roma, 5-15-ci illər |
Kəşf edilib | Edvard Perri Uorren tərəfindən |
Yeri | Roma |
Saxlanılır | Britaniya muzeyi, 70-ci otaq |
İdentifikasiya | GR 1999,0426.1 |
Vikianbarda əlaqəli mediafayllar |
Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.[1]
Qədəh ilk müasir sahibi olan Edvard Perri Uorrenin adı ilə adlandırılmışdır.[2] Uorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur.