Xacu körpüsü
From Wikipedia, the free encyclopedia
Xacu körpüsü (fars. پل خواجو) - XVII əsrə aid memarlıq abidəsi. Xacu köprüsü Səfəvi şahı II Abbasın əmri ilə 1650-ci ildə inşa edilmişdir. Körpü Xacu məhəlləsini Zayəndə çayı boyunca Zərdüşt məhəlləsi ilə birləşdirir. Diqqətə layiq daş bünövrəsi, eksteryerdə parlaq rəngli kafel işləri və interyerdə XVII əsrə aid orijinal rəsmlərlə yanaşı, bu körpü üç funksiyanı yerinə yetirməsi ilə diqqəti çəkir: keçid, bənd və istirahət yeri.
Xacu körpüsü | |
---|---|
fars. پل خواجو | |
| |
32°38′12″ şm. e. 51°41′00″ ş. u. | |
Ölkə | |
Yerləşir | İsfahan[1] |
Aidiyyatı | Səfəvi imperiyası |
Tikilmə tarixi | 1650 |
Uzunluğu |
|
Eni | 12 m[2] |
Material | daş[d], kərpic |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Körpü ilk əvvəl gömrük yoxlama məntqəsi rolunu oynayırdı.Belə ki, burada karvanlar yoxlanılır və keçid rüsumları alınırdı. Digər bir funksiyası isə Xacu körpüsü şəhəri qorumaq üçün hərbi baza kimi istifadə edilməsi idi. Körpünün yan divarları işğalçılara atəş açmaq üçün münasib yer idi. Xacu körpüsü, bu funksiyaları ilə yanaşı, xüsusi dizaynına görə şəhər məkanının formalaşması üçün tikilmiş ideal strukturlardan biri idi.
Ümumilikdə 1030 günə inşa edilən körpünün yerində əvvəllər Teymurilər zamanında inşa edilmiş Həsən bəy körpüsü varidi. Xacu körpüsü Baba Ruknəddinin məzarına gedən yol üzərində inşa edildiyi üçün körpünün digər adı Baba Ruknəddin körpüsüdür. Amerikalı şərqşünas, tarixçi Artur Pop və Filis Akerman köprünün yaxınlığında məqbərədə dəfn edilmişdir.[3]