Xalqların məbədi
From Wikipedia, the free encyclopedia
"Xalqlar məbədi" (ing. Peoples Temple,) — 1955-ci ildə İndiana ştatının İndianapolis şəhərində Cim Cons tərəfindən əsası qoyulmuş yeni dini hərəkat (həmçinin dağıdıcı kult və totalitar sekta [1] kimi müəyyən edilir). Cons Xalqlar Məbədini xristianlığın elementlərini kommunist və sosialist ideyaları ilə birləşdirən, həmçinin irqi bərabərliyə üstünlük verən mesajı yaymaq üçün istifadə edirdi[2][3][4] .
Xalqlar Məbədi | |
---|---|
Peoples Temple | |
Yaranma tarixi | 1955 |
Ləğvolma tarixi | 1979 |
Fəaliyyət göstərdiyi yer | ABŞ, Qayana |
Qurucusu | Cim Cons |
Sədr | Cim Cons |
Üzvləri | 3000-5000 (qeyri-rəsmi 20000 olduöu iddia olunurdu) |
Vikianbarda əlaqəli mediafayllar |
Xalqlar Məbədi 1978-ci il noyabrın 18-də Qayanada baş verən hadisələrlə, onun Constaun adlı ucqar yaşayış məntəqəsində kütləvi intihar nəticəsində 909 nəfərin ölümü, həmçinin ABŞ konqresmeni Leo Rayan və onun nümayəndə heyətinin qətli ilə məşhurdur. Constaun kütləvi intiharları 11 sentyabr terror hücumlarına kimi ABŞ vətəndaşlarının ən çox həlak olduğu hadisə sayılır.
Qrup 1960-cı illərdə Kaliforniyaya köçdü və San-Fransiskodakı qərargahı da daxil olmaqla bütün ştatda bir neçə filiallar yaratdı. Fəaliyyətinin zirvəsində məbədin 20.000 üzvü (əslində, 3–5 min daha çox) olduğu ehtimal olunur və bir çox solçu siyasi xadimlərlə əlaqəsi var idi.