Yandırılmış torpaq taktikası
Hərbi strategiya / From Wikipedia, the free encyclopedia
Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu.
"Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir.
1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur.[1][2]