Xərçəng dumanlığı
From Wikipedia, the free encyclopedia
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.[4]
Cəld faktlar Tədqiqat tarixi, Kəşf edən ...
Qalaktika | |
Xərçəng dumanlığı | |
---|---|
Tədqiqat tarixi | |
Kəşf edən |
John Bevis İngiltərə |
Kəşf tarixi | 1731 |
İşarələmə | PGC • M 1 • LBN 833 • Sh2-244 • CED 53 • Taurus A • Crab nebula |
Müşahidə məlumatları (J2000 dövrü) |
|
Bürc | Buğa |
Birbaşa çıxma | 5s 34d 31,94s[1] |
Meyl | +22° 0′ 5″ |
Görünən ölçüləri | 6.00 x 4.0[2] |
Görünən ulduz ölçüsü mV | 8,4 ± 0,1 |
Xüsusiyyətləri | |
Tipi | SNR |
Məsafə | 1,93 kiloparsec[3] |
Mütləq ulduz ölçüsü (V) | −3,2 |
Verilənlər bazalarında məlumat | |
SIMBAD | M 1 |
Vikiverilənlərdə məlumat ? | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.