Yeraltı ədəbiyyat
From Wikipedia, the free encyclopedia
Yeraltı ədəbiyyat — dili zəncirlərindən azad etmək üçün XIX əsrin ortaları və XX əsrin əvvəllərində formalaşmağa başlayan ədəbi cərəyandır. Sərt, ziddiyyətli, tənqidi, daha çox reallığın və təxəyyülün incə xəttində var olmağa çalışan yeraltı ədəbiyyat alkoqolizmin, seksuallığın, qeyri-adiliyin və küfrün ifadəsidir. Kökləri kifayət qədər qazıldıqda Marquis de Sadeyə (1740–1814) qədər çatmaq olar. Sade yazıları ilə "başqalarına ağrı vermək həzzi" adlandırılan "Sadizm" ideyasının atası oldu. Sağlığında erotizm və zorakılıqla bağlı kitabları olduqca qəribə idi və o, həbs olundu, lakin onun yazıları başqa yazıçılar üçün də ilham mənbəyi olub. Bir çox ədəbi nümunələrə məhəl qoymayan yeraltı ədəbiyyat bizi Charles Bukowskini (1920–1994) tanıdı."Factotum", "The Most Beautiful Woman in Town" (Şəhərin ən gözəl qadını),"Pulp", "Postane" (Poçt şöbəsi) onun əsərlərindən yalnız bir neçəsidir. Xüsusilə "Factotum" müəllifi daha yaxından tanımağa kömək edir. Çünki Bukovski Henry Chinaski kimi həyatının bir dövrünü ortaya qoyur. Müəllif kitabında müxtəlif avaralığını, daim dəyişən işlərini, qadınlarla münasibətlərini təsvir edərkən, onun da yeraltı qəhrəman ola biləcəyinə işarə edir. Son illərdə daha sürətlə inkişaf edən ədəbiyyat, 1999-cu ildə Chuck Palahniuk-un "Döyüş klubu" adlı əsərindən kinoya keçdi və pərəstişkarlarını artırdı.