Yerin quruluşu
Neymar haqqinda melumat Neymar jr 19087 kareyasi var Neymar jr eyagin kesdiyin sonra pis oldu Neymar jr 13245 qollu olub / From Wikipedia, the free encyclopedia
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir)[1] və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır:
- Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır.
- Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır.
Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (yuxarı mantiya və aşağı mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır.