Zəngəzur Milli Parkı
From Wikipedia, the free encyclopedia
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[1] ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Cəld faktlar Sahəsi, Mütləq hündürlüyü ...
Zəngəzur Milli Parkı | |
---|---|
azərb. Zəngəzur Milli Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 42 797,4 ha |
Mütləq hündürlüyü | 1.692 m |
Yaradılma tarixi | 16 iyul 2003 |
İdarəetmə orqanı | AETSN |
Dağ | Kiçik Qafqaz: Zəngəzur silsiləsi |
Faunası | Bəbir, muflon, bezoar keçisi |
Yerləşməsi | |
39°09′ şm. e. 45°55′ ş. u. | |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan MR |
Rayon | Culfa, Ordubad, Şahbuz |
Yerləşməsi | Naxçıvan Muxtar Respublikası |
Yaxın şəhər | Culfa, Ordubad, Şahbuz |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla